Əlcəzairin “Əl Hərir” portalında AZƏRTAC-ın “Xalqa bağışlanmış ömürdən anlar” silsiləsindən xalqımızın ümummilli lideri Heydər Əliyev haqqında məqaləsi yayımlanıb.
Məqalədə ərəbdilli oxuculara Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi 1969-cu ildən başlayaraq Azərbaycanın intibah dövrünə qədəm qoyması, xalqımızın maraqlarının qorunması və iqtisadi tərəqqi yolunda misilsiz xidmətləri barədə məlumat verilib, 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbənin məhz bu müdrik siyasətin məntiqi nəticəsi olduğu vurğulanıb.
Yazıda, həmçinin Ulu Öndərin respublikamızda ali təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan ətraflı bəhs edilib, onun Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqdakı nitqindən sitatlar təqdim edilib.